Türk mətbuatı himnimizi təhqir etdi

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Taraf“ qəzeti: “Azərbaycan himni çox uzun olduğu üçün çox soyuq və isti havalarda ondan imtina edilməlidir...“

Oktyabrın 11-də 2012-ci ilin futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində, A qrupunda keçirilən Türkiyə - Azərbaycan oyunu türklərin qələbəsi ilə başa çatdı - 1 - 0. Bununla da Azərbaycan Avropa çempionatında mübarizəsini dayandırdı. Amma məğlubiyyətimiz ağır olsa da, qardaş Türkiyə komandasının növbəti mərhələyə vəsiqə qazanması bizə bir qədər təsəlli verir. Yeri gəlmişkən, milli komandamızın uduzmasına baxmayaraq, Azərbaycan mətbuatında Türkiyə yığmasının növbəti tura keçməsi alqışlanır. Maraqlıdır, bəs türk mətbuatı nə yazır bu barədə?
“Habertürk“ yığmaların yarışını “Həmiddən şok sözlər!“ başlığı ilə verib. Məqaləyə görə, Türkiyə millisinin əsas oyunçusu sayılan Həmid Altıntop bildirib ki, Azərbaycanı udmaq onlar üçün çox da çətin olmayıb. Əslində, onlar daha yaxşı oynaya bilərdilər, amma bəzi kiçik problemləri vardır. Hansıki həmin çətinlikləri mətbuata açıqlamaq fikrində deyil. Futbolçu yalnız onu deyib ki, söz açdığı maneələr nəinki yığma ilə, ümumiyyətlə, futbolla əlaqəli deyilg
“HT Spor“ isə “Məsud ol, Türkiyem!“ başlıqlı xəbərə yer ayırıb. “Euro 2012“ seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşan Türkiyə rəqibini 1 - 0 yendi“ yazılan xəbərdə əlavə olunur ki, Almaniyada türk əsilli futbolçu Məsut Özilin Belçika yığmasının qapısına vurduğu qol nəticəsində Türkiyə “play-off“a keçib.
Məqalənin sonunda o da qeyd olunur ki, Almaniya ilə qarşılaşmada aşıb-daşan stadionda Türkiyə - Azərbaycan oyununu izləyənlər xeyli az idi və hətta 50 minlik stadionda 20 min yer boş qalmışdı. Hansı ki, qadın və azyaşlı uşaqlar üçün 2750 pulsuz yer ayrılmışdıg
Buna baxmayaraq, məqalədə belə bir fakt xüsusi vurğulanır ki, stadionda tərəfdarlar üçün müxtəlif yerlərin ayrılmasına baxmayaraq türk və azərbaycanlı azarkeşlər qarışıq oturmuşdular və hansı tərəfin udmasından asılı olmayaraq Türkiyə ilə Azərbaycanın bayrağı birlikdə dalğalanırdı.
“Zaman“ qəzeti isə “İndi çox yaxşı oldu“ sərlövhəli xəbər dərc edib. “Milli yığmamız Azərbaycanı 1 - 0 yendi. Qolu Burak Yılmaz vurdu. Amma çempionatın növbəti mərhələsinə keçməyimiz üçün bizə “yaşıl işıq“ı Belçikaya qarşı oynayan Almaniya yığmasında Məsud Özil yandırdı“ yazan qəzetdə əlavə olunur ki, heç də Azərbaycanı məğlub etməklə növbəti mərhələyə keçə bilməzdik, əgər Almaniyanın uğuru qolları olmasaydıg
“İnternethaber“ isə oyundan sonra Almaniya yığmasının türk oyunçusu Məsud Özilin fikirlərini dərc edib: “Türkiyədəki dostlarımın Azərbaycan üzərində haqlı və böyük qalibiyyət qazanmasına çox sevinirəm“.
“Milliyyət“ qəzeti isə “O səs Türkiyədir“ başlıqlı yazıda qeyd edir ki, “Türkiyə oturub-dursun, Almaniyaya dua etsin! Belçikanın dərsini yaxşı verdilər, sağ olsunlar“. Məqalədə o da əlavə olunur ki, türk oyunçular son vaxtlar çox zəif nəticə göstərirlər. Fikrin davamı ollaraq göstərilir ki, “əgər hətta Azərbaycanı belə öz meydanımızda çətinliklə uduruqsa, bizi Avropa komandaları ilə qarşılaşmadan Allah qorusun“.
“Radikal“ isə “Təşəkkür deyil, Məsutdan üzr istəmək zamanıdır“ başlıqlı məqalədə qeyd edir ki, yarış keçirilən gün azərbaycanlılarla “Bir millət, üç dövlət“ gecəsi yaşadılar. Məqalə müəllifinin fikrincə, bura türk və azərbaycanlılarla yanaşı almanları da əlavə etmək lazımdır.
Amma məqalənin davamında Azərbaycanın dövlət himni sərt şəkildə təhqir olunur. Yazılır ki, oyundan əvvəl qonaq olduğu üçün ilk olaraq Azərbaycanın himni səslənib: “Lakin himn o qədər uzundur ki, qurtarmaq bilmir. Əslində belə vəziyyətlər oyunu gecikdirmək üçün bir çox komandalar tərəfindən sınaqdan çıxarılmış ssenaridir. Türkiyə himninin uzunluğunu Azərbaycan himni ilə müqayisə etmək olmaz. Bunu etməkdənsə İstanbul metrosunun uzunluğunu Moskva metrosu ilə müqayisə etmək daha yaxşıdır. Ona görə də Azərbaycan himnindən çox soyuq və hədsiz isti havalarda imtina edilməlidir...“
Vüsal Tağıbəyli