Rusiyada insan resursları şirkəti olan “Headhunter” müxtəlif peşə qruplarında orta əməkhaqqının son vəziyyətini araşdırıb.
Hafta.az-ın yazdığına görə, müvafiq olaraq, əhalisi 1 milyon nəfərdən çox olan şəhərlərdə orta əməkhaqqı aşağıdakı kimidir:
Taksi sürücüsü 95 min rubl (1800 manat), kuryer 94 min rubl, satış nümayəndəsi 74 min rubl, ofisiant 60 min rubl, mexanik 57 min rubl, anbar işçisi 56 min rubl, satıcı, kassir 43 min rubl, gözətçi 41 min rubl (790 manat).
Əhalisinin sayı 500 mindən 1 milyona qədər olan yaşayış məntəqələrində isə orta əməkhaqqı aşağıdakı kimidir:
Taksi sürücüsü 105 min rubl (2000 manat), kuryer 91 min rubl, satış nümayəndəsi 65 min rubl, ofisiant 35 min rubl, mexanik 52 min rubl, anbar işçisi 46 min rubl, satıcı, kassir 34 min rubl, gözətçi 30 min rubl (576 manat).
Əhalisinin sayı 50 mindən 500 minədək olan kiçik şəhər və qəsəbələrdə orta əməkhaqqı ilə bağlı son vəziyyət isə belədir:
Taksi sürücüsü 82 min rubl (1575 manat), kuryer 91 min rubl, satış nümayəndəsi 74 min rubl, ofisiant 41 min rubl, mexanik 54 min rubl, anbar işçisi 54 min rubl, satıcı, kassir 34 min rubl, gözətçi 30 min rubl (576 manat).
Ümumiyyətlə, peşələr üzrə maaşların Azərbaycan manatı ilə nə qədər etdiyini bilmək istəyənlər üçün qeyd edək ki, hazırda 1000 rubl 19 manat 20 qəpikdir.