Son vaxtlar Moskvada Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumlarının artması və bu zaman evlərə ziyan dəyməsi şəhər sakinlərini ən yaxın sığınacaqların harada olduğunu araşdırmağa vadar edib.
Hafta.az-ın “Moskviçmaq”a istinadən yazdığına görə, moskvalıların əksəriyyəti sığınacaqların hazırkı vəziyyətindən xəbərsizdir. Sovet dövründən qalma bu obyektlərin əksəriyyəti təmir olunmadığı üçün illərdir yararsız hala düşüb.
Mövzu ilə bağlı danışan Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov bildirib ki, ölkə daxilində sığınacaqların bərpasına ehtiyac var. Onun sözlərinə görə, MCS bu məqsədə çatmaq üçün təxminən 155 milyard rubl (1,7 milyard dollar) lazımdır.
"Əhalini mümkün qədər hərbi təhdidlərdən və fövqəladə hallardan qoruyacaq bir sistem qurulmalıdır. İnsanlar, indi lazımsız görünsə də, sığınacaqların əhəmiyyətini başa düşməlidirlər", - deyə Kurenkov Sovet İttifaqının mülki müdafiə sistemini nümunə kimi göstərib. Lakin hökumətin bu nəhəng büdcəni ayırıb-ayrılmayacağı hələlik bəlli deyil. MÇS hazırda bununla bağlı planları və büdcə tələblərini qiymətləndirir.