Rusiyadan hansı ölkələrə dəmir yolu ilə getmək olar?

09:38 24.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mayın 8-dən etibarən Rusiya və Şimali Koreya arasında Vladivostok-Rason xəttində yenidən qatar hərəkəti başlayacaq.

Hafta.az-ın yazdığına görə, may bayramları ərəfəsində Rusiyadan qatarla getmək mümkün olan ölkələrin və xarici şəhərlərin siyahısı tərtib edilib.

Pandemiya səbəbiylə 2020-ci ildə dayandırılan Çin və Şimali Koreyaya qatarlar uzun fasilədən sonra fəaliyyətini bərpa edib.

15 dekabr 2024-cü ildə ilk qatar xidməti Primorsk diyarının Qrodekovo stansiyasından Çinin Suifenhe şəhərinə yola düşüb.

Şimali Koreya və Çinə qatar biletlərini yalnız stansiyanın bilet kassalarından almaq olar. Çin üçün bu biletləri yalnız gediş günü və stansiyada almaq mümkündür.

Yeni açılan Vladivostok-Rason xəttində qatarlar ayda bir dəfə müntəzəm olaraq fəaliyyət göstərəcək.

Ümumiyyətlə, hazırda Rusiyadan dəmir yolu ilə ölkə xaricinə bu dövlətlərə səfər etmək olar: Belarus, Qazaxıstan, Tacikistan, Monqolustan, Qırğızıstan və Özbəkistan.