Rusiyanın casus agentliyi Qərblə “kölgə müharibəsi” aparır

09:31 17.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərb kəşfiyyat mənbələri Rusiyanın xüsusi casus bölməsi yaratdığını iddia edir. Anonimlik şərti ilə “Wall Street Journal”a danışan ABŞ və Avropa kəşfiyyat rəsmiləri, "Xüsusi Tapşırıqlar Təşkilatı" (SSD) adlanan bölmənin Rusiya hərbi kəşfiyyatına bağlı olduğunu iddia edirlər.

Hafta.az-ın yazdığına görə, bildirilir ki, Qərbə qarşı “kölgə müharibəsi” aparan bölmə Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin fevralında Ukrayna müharibəsi ilə bağlı verdiyi sərəncamdan bir il sonra yaradılıb.

Xəbərdə SSD-nin bəzi səlahiyyətləri Rusiyanın ən böyük kəşfiyyat qurumu olan Federal Təhlükəsizlik Xidmətindən (FTX) götürdüyü iddia edilir. Həmçinin iddia edilir ki, yeni qurum 2018-ci ildə Britaniyada rus ikili agenti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə məsuliyyət daşıyan Qərb kəşfiyyat mənbələrinin 29155-ci bölməsini birləşdirib.

Mənbələr bildirirlər ki, SSD-nin üç əsas missiyası var: xarici ölkələrdə qətl və təxribat əməliyyatları təşkil etmək, Qərb şirkətlərinə və təhsil müəssisələrinə sızmaq, xarici agentləri işə götürmək və onlara təlim vermək. Təşkilatın Ukrayna və Serbiya kimi ölkələrdən agent cəlbetmə fəaliyyətləri həyata keçirdiyi də iddia edilir.

Bundan əlavə, SSD-nin Rusiya xüsusi əməliyyat qüvvələrinə təlim keçdiyi iddia edilir. Bildirilir ki, təşkilata general-polkovnik Andrey Vladimiroviç Averyanov və onun müavini general-leytenant İvan Sergeyeviç Kasianenko rəhbərlik edir.

Çeçen müharibələrində iştirak etmiş Averyanov 2014-cü ildə iki nəfərin ölümünə səbəb olan silah-sursat anbarının partladılması üzrə təşkil edilən əməliyyatda iştirak etdiyinə görə Çexiya polisi tərəfindən axtarışa verilib. Putin Krımın ilhaqında iştirakından sonra onu Rusiyanın ən yüksək mükafatı olan Rusiya Qəhrəmanı medalı ilə təltif edib.

Kasyanenkonun Skripala və qızı Yuliyaya qarşı sui-qəsd əməliyyatını planlaşdırdığı iddia edilir. 2018-ci ildə Skripal və Yuliyaya hücumda ikili agent və qızı xəstəxanada müalicə aldıqdan sonra xilas edilib və Kreml sui-qəsd iddialarını rədd edib.

Bundan başqa, Kasianenkonun Afrikadakı muzdlu “Vaqner” şirkətinin fəaliyyətini də öz üzərinə götürdüyü iddia edilir. Vaqnerin yaradıcısı Yevgeni Priqojin 2023-cü ildə öldürülüb.