Rusiyanın əksər mətbu orqanları 20 yanvar faciəsindən yazıb 

13:51 20.01.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qanlı 20 yanvar hadisələrinin 30 illiyinə Rusiya mətbuatı da geniş yer ayırıb.

Bir çox tanınmış informasiya resursları 20 yanvar faciəsinin səbəbləri, tarixi və günahkarları, nəticələri barədə geniş analitik materiallar təqdim ediblər. Həmin məqalələrdə SSRİ rəhbərliyinin dinc əhaliyə amansız divan tutması sərt tənqid edilir, baş verənlərin əsas məsuliyyətini daşıyan simaların adları qeyd olunur.

Rusiyanın lenta.ru saytındakı məqalədə isə bildirilir ki, rəhbər orqanlar 20 yanvar günü Bakıya ordunun yeridilməsini "erməni əhalini müdafiə məqsədi" ilə əsaslandırmağa çalışsalar da, bu olaylar artıq çoxdan sakitləşmişdi.

Sovet ordusu isə baş verənlərə müdaxilə etməyərək Bakı ətrafında sakit bir halda dayanmışdı: "Qara yanvar" Azərbaycan SSR-nin tarixində dönüş nöqtəsi oldu.

"Pəncərələrə atəş açdılar, insanları öldürdülər". Rusiyaya məxsus mətbuat səhifəsi, daha dəqiq desək, qazeta.ru bu barədə yazır.

Mətbu orqan yazır ki, 30 il əvvəl Sovet qoşunları Bakıya girdilər. Millətlərarası qarşıdurma fonunda başlayan iğtişaşlara qarşı ordunun yatırılması çox böyük itki ilə nəticələndi və həmin gün "Moskva, əslində, Azərbaycanı itirdi."

Nəşr qeyd edir ki, SSRİ Silahlı Qüvvələrinin hava-desant bölməsinin komandiri general Aleksandr Lebedin rəhbərlik etdiyi sovet qoşunları yanvarın 20-də Azərbaycanın paytaxtına girdilər. Əməliyyat SSRİ Müdafiə naziri Dmitri Yazov tərəfindən koordinasiya edilirdi.

Həmçinin, vurğulanır ki, Qafqazşünas alim De Vaalın dediyinə görə, “tanklar barrikadalar arasından keçərək yollarında maşınları əzirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan insanlara atəş açırdılar, yaralıları vurur, öldürürdülər."

Bakıda baş verənləri izləyən və sonradan bu mövzu ilə ətraflı məşğul olan hüquq müdafiəçisi Svetlana Qannuşkina qazeta.ru-ya müsahibəsində, hərbçilər müdafiə etmək üçün deyil, döyüşmək, əhalini qırmaq üçün gəlmişdilər. Onlar quldurlara qarşı deyil, yerli əhaliyə qarşı amansızlıq edirdilər. Heç nəyə məhəl qoyulmurdu. Əsgərlər pəncərələrə də atəş açırdı, evlərində oturan insanları da öldürürdü.

Rusiyaya məxsus mətbu orqanı açıq şəkildə yazır və etiraf edir ki, Moskva ermənilərin proqramını həyata keçirərək Bakıya ordu yeridib. Qeyd edilir ki, həmin gün, yəni 20 yanvar gecəsi Sovet Ordusu bakıya qırğın törətmək üçün girmişdi və bir gecədə silahsız, dinc əhaliyə qarşı 60 min patron istifadə edilib.

Xatırladaq ki, 20 yanvar 1990-cı ildə Azərbaycanın paytaxına SSRİ qoşunları yeridilərək faciəvi bir qırğın törədib və günahsız, dinc əhaliyə qarşı amansızlıq nümayiş etdirib. Hadisə nəticəsində çoxlu sayda insan tələfatı olub. Paytaxt Bakıya yeridilən qoşun insanlara qarşı amansızlıq etməklə kifayətlənməyib. Bu hadisədə 200 ev və mənzil, təcili yardım maşınları da daxil olmaqla 80 avtomobil yandırılıb. Öldürülənlər arasında qadınlar, uşaqlar, qocalar, hətta təcili yardım əməkdaşları da olub. Şəhidlər paytaxtda Şəhidlər Xiyabanında dəfn edilib və böyük hörmət və ehtiramla hər an yad edilir.

Rusiyanın "Novıe izvestiya" nəşri isə 20 yanvar faciəsini bu gün Rusiyada çoxlarının xatırlamaq istəmədiyi tarix kimi dəyərləndirib. 

Qanlı yanvar hadisələrinin 30-cüu ildönümü ilə bağlı dərc ediləçn məqalədə həmin gün baş verənlərin xronikasına nəzər yetirilir. Sovet ordusunun silahsız sakinlərə atəş açması nəticəsində 130-170 nəfər azərbaycanlının qətlə yetirildiyi xatırladılır: "Həmin gün öldürüləndərin bir çoxunun etiraz aksiyalarına heç bir dəxli yox idi". Daha sonra isə baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin kökləri, azərbaycanlıların Sovet İttifaqı rəhbərliyinin xüsusi göstərişi ilə Ermnistan ərazisindən etnik təmizlənməyə məruz qalmaları, Sumqayıt hadisələri ilə əlaqələndirilir. Bütün bu proseslərin yaşanmasında isə o zamankı SSRİ rəhbərliyi günahlandırılır.

 

Oxunma sayı 33
Siyasət rubrikasından digər xəbərlər