Ruslan Lunyov birinci təsnifat mərhələsində 281 xal toplayıb - "Tokio-2020"

10:13 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Tokio-2020" Yay Olimpiya Oyunlarında kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında birinci təsnifat mərhələsinə yekun vurulub.

Hafta.az xəbər verir ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifat mərhələsində 281 xal toplayıb. Təmsilçimiz 27 idmançı arasında 24-cü olub.

Avqustun 2-də ikinci təsnifat mərhələsi və final keçiriləcək. Əsas mərhələyə ən yaxşı nəticə göstərmiş 6 atıcı vəsiqə qazanacaq.

Qeyd edək ki, R.Lunyov iyulun 24-də Tokio Olimpiadasında kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci olub.

Oxunma sayı 300