Saatlı sakininin bank hesabından pul çıxarıldı

14:36 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayon sakininin avtomobilindən bank kartları oğurlanıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov noyabrın 5-nə keçən gecə kənd ərazisində “VAZ-2106” markalı avtomobilindən 2 ədəd bank kartı oğurlandığını və hesabındakı 560 manat pulun çıxarıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.