Yazını böyüt
Yazını kiçilt
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri A.Rzazadə, X.Bağırlı, H.Həsənzadə, S.Şükürov və X.Əkbərov saxlanılıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, tibbi müayinə zamanı onların heroin və marixuana istifadə etdikləri məlum olub. Nəqliyyat vasitələrinə baxış zamanı müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana da aşkarlanıb.
Toplanmış materiallar məhkəməyə göndərilib, araşdırmalar aparılır.