Saatlıda "VAZ" yanıb

10:00 22.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Hacıqasımlı kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.