Sabah bu şəhərdə su olmayacaq 

15:58 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 22-də Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

“Azərsu” ASC-dən hafta.az-a verilən məlumata görə, təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

 

Bununla əlaqədar 22 sentyabr 2021-ci il tarixində Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Oxunma sayı 19