Sabah hava dumanlı olacaq - Proqnoz

13:42 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabaha olan hava proqnozu açıqlanıb.

Hafta.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. 

Oxunma sayı 137