Cəbhə xəttində atışma

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

2 əsgərimiz şəhid olub

ErmƏnistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 18:30-dan 18:40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi, saat 16:20-dən 16:30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən atəşə tutulub.
Oktyabrın 6-da saat 01:30-dan 01:45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 02:05-dən 02:10-dək və 01:45-dən 01:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01:55-dən 02:05-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev bildirib ki, Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub. Nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib və bir neçə düşmən zərərsizləşdirilib.
Atışma zamanı Azərbaycan tərəfi də itki verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar. Qeyd edək ki, Ermənistan mətbuatı ötən gün 3 erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumat yayıb. Onlardan biri ölüb, ikisinin vəziyyəti isə ağırdır. Hərbi mənbələrdən APA-ya bildirilib ki, ermənilərin itkisi daha çoxdur.

Əli
Oxunma sayı 16