Qazaxıstan Qarabağ münaqişəsinin həllində Litvanın səylərini dəstəkləyir

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Qazaxıstan həlli yubanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllində ATƏT-in sədri kimi Litvanın səylərini dəstəkləyir. Bu barədə prezident Nursultan Nazarbayev litvalı həmkarı Dalya Qribauskayte ilə görüşündə deyib. “Litva ATƏT-ə sədrliyi dövründə bu məsələlərlə məşğul olan Qazaxıstanın təşəbbüslərini davam etdirir“, - Nazarbayev deyib. Onun sözlərinə görə, Litvanın ATƏT-ə sədrliyi yaxşı varislikdir və 2010-cu ilin dekabrında ATƏT-in Astana sammitində irəli sürülən ideyalar davam etdiriləcək.