“Azərbaycanın təcrübəsi bizim üçün çox önəmlidir“

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
“İqtisadi inkişaf və onun statusu- biz bu sual qarşısındayıq və düşünürük ki, biz Avropadayıq, yoxsa Avropada deyilik“. Bunu Milli Məclisdə keçirilən beynəlxalq konfrans çərçivəsində GUAM Parlament Assambleyası ölkələrinin milli nümayəndə heyətləri ilə Baltikyanı Assambleyanın nümayəndə heyəti arasında keçirilən görüşdə Ukraynanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Anatoliy Matviyenko bildirib. Onun qeyd etdiyinə görə, məsələ bu gün GUAM ölkələri qarşısında dayanan ən vacib problemlərdəndir: “Qeyd etmək istəyirəm ki, Azərbaycanın bu yöndəki təcrübəsi bizim üçün çox önəmlidir. Ümumiyyətlə, bugünkü görüş, tədbir güdəlikdə duran problemlərin aradan qaldırılmasına stimul verəcək“. Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov isə görüş iştirakçılarını gündəliyə çıxarılan məsələləri çox ciddi diqqətdən keçirməyə və öz təkliflərini beynəlxalq konfransın yekununda qəbul olunacaq qətnaməyə təqdim etməyə çağırıb. Qeyd edək ki, bu gün beynəlxalq konfransın yekunu olaraq qətnamənin qəbulu nəzərdə tutulur.

Oxunma sayı 87