Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 

12:17 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir bələdiyyəsinin sədri vəzifəsində işləmiş Coşqun Abdullayevin xidməti dövründə yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

 

Mingəçevir şəhər prokurorluğundan hafta.az-a verilən məlumata görə, istintaqla Coşqun Abdullayev bələdiyyənin sədri vəzifəsində işlədiyi 2013-cü ildən 2020-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verib. O, vətəndaşlar arasında nüfuz qazanmaq və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib edib. Rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etməsi müəyyənləşib.

 

İş üzrə toplanmış sübutlar əsasında Coşqun Abdullayevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilmiş, hazırda istintaq tamamlanaraq cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilib.

Oxunma sayı 302
Gündəm rubrikasından digər xəbərlər