Sabiq Prezidentin həbsinə ikinci dəfə cəhd göstəriləcək

15:26 07.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi koreyalı müstəntiqlər ölkənin sabiq Prezidenti Yun Sok-Yolu həbs etmək üçün ikinci cəhdə hazırlaşacaq.

Hafta.az Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikasının Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri O Don Sun deyib.

İdarə rəhbəri sabiq dövlət başçısının həbsi ilə bağlı birinci cəhdin uğursuzluğu ilə bağlı tənqidlərə cavab olaraq üzr istəyib və orada “bir çox gözlənilməz halların” baş verdiyini vurğulayıb.