Şabran sakini evində olan odlu silahı polisə təhvil verib 

16:41 28.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabran sakini evində olan odlu silahı polisə təhvil verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində sənədsiz odlu silahların könüllü təhvil verilməsi istiqamətində vətəndaşlar arasında apardıqları profilaktiki söhbətlər nəticəsində rayon sakini M.Aslanov təklüləli, beşatılan markalı ov tüfəngini könüllü olaraq polis şöbəsinə gətirərək təhvil verib.

Oxunma sayı 27