Sabunçuda 3 otaqlı ev yanıb

22:00 12.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.