Sabunçuda kişi həyat yoldaşını qətlə yetirib

17:25 05.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 5-də saat 15:30 radələrində Sabunçu rayonu ərazisində 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, onun həyat yoldaşı, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.