Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub

21:26 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova və iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilən Mustafa Şentop arasında bu gün telefon danışığı olub.

Hafta.az-ın məlumatına görə, Sahibə Qafarova bu barədə “Facebook” hesabında paylaşım edib. 

Spiker paylaşımında deyir:

“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.

Oxunma sayı 2716
Siyasət rubrikasından digər xəbərlər