Şahin Mustafayev İranın energetika nazirilə görüşdü 

15:51 06.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 6-da İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

 

Nazirlər Kabinetindən hafta.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu qeyd edilib, iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüşün önəmi vurğulanıb.

 

Azərbaycan ilə İran arasında müxtəlif istiqamətlərdə, xüsusilə də ticarət-iqtisadi, nəqliyyat, energetika, mədəniyyət sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

 

Mütəmadi təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişafında rolu yüksək qiymətləndirilib.

 

Energetika sahəsində səmərəli əməkdaşlığın davam etdiyi diqqətə çatdırılıb. Azərbaycan ilə İran arasında elektrik enerjisinin plana uyğun olaraq mübadilə edildiyi bildirilib, iki ölkənin elektrik sistemlərinin birləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

 

Eyni zamanda Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin gedişi, habelə bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparılıb.

 

Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Oxunma sayı 555
Siyasət rubrikasından digər xəbərlər