Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib

18:20 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib.

Hafta.az Nazirlər Kabinetinin saytına istinadən məlumat verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən Şahin Mustafayev Komissiyanın sədri təyin edilib.