Şahmatçılarımız Avropa çempionatında mübarizəyə başladı

16:29 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 5-də Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatı start götürüb.

Hafta.az xəbər verir ki, ölkəmizi qitə çempionatında 4 şahmatçı - Qədir Hüseynov, Rauf Məmmədov, Rəfael Bayramlı və Yusif Kərimli təmsil edirlər.

İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir.

İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarət olacaq.