Şahmatçımız dünya üçüncüsü oldu

16:44 19.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusun paytaxtı Minskdə 8, 10 və 12 yaşlı şahmatçılar arasında rapid və blitz üzrə dünya çempionatı keçirilib. 

Hafta.az-ın məlumatına görə, dünya birinciliyində ölkəmizi təmsil edən Rafael Bayramlı (U-8) rapid turnirində 9 turdan 7,5 xal toplayaraq gümüş medal qazanıb. Şahmatçımız blitz yarışlarında isə 6 xalla 19-cu olub.

Dünya birinciliyində çıxış edən digər təmsilçimiz Yusif Kərimli (U-8) blitz turnirində 7 xalla 5-ci, rapid yarışlarında 7 xalla 7-ci pillədə qərarlaşıb.