Şamaxıda piyada vurulub

12:24 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, rayon sakini, 1969-cu il təvəllüdlü Zərbalıyev Şahin Abdulbağı oğlu rayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Piyada qapalı kəllə-beyin travması ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 31