Samboçularımız dünya birinciliyində 4 medal qazanıblar

17:47 18.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Daşkənd şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib.

Azərbaycan milli komandası mötəbər yarışda 4 medal qazanıb. Belə ki, Elvin Bağırov (56 kq), Kənan İsmayilov (60 kq), Hacıbala Cəbrayılov (70 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.