Samirənin “Avroviziya”nın finalında çıxış sırası açıqlandı - VİDEO

10:48 21.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi finalda 21-ci nömrə altında çıxış edəcək.

 

Bu barədə hafta.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir.

 

Qeyd edək ki, mayın 22-də keçiriləcək finalda 26 ölkənin təmsilçisi iştirak edəcək. S.Əfəndi Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edir.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa edəcəyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

Final mərhələsində Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, Böyük Britaniya, İspaniya, Fransa, Niderland, İtaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın iştirakçısı çıxış edəcək.

 

Oxunma sayı 423