Həbs-qətimkan tədbirinin vaxtı uzadılıb

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycan İslam Partiyasının təşkilati işlər üzrə sədr müavini Arif Qəniyev və “Cəfəri“ dini qrupunun rəhbəri Abgül Süleymanov barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Vəkil Anar Qasımov deyib ki, Səbail Rayon Məhkəməsində Arif Qəniyevin həbs müddətinin 2 ay, Abgül Süleymanovun həbs müddətinin isə 3 ay uzadılmasına dair qərar qəbul olunub. A. Qasımov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan bu şəxslərin səhhətində heç bir problem olmadığını söyləyib. Qeyd edək ki, hər iki şəxs və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunublar. Onlar Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinirlər. Keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşış və ona məxsus avtomobildən 1 ədəd “Makarov“ tipli tapança, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd “PM“ patronu, Abgül Süleymanovun üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.
Əli