Dünən (17 noyabr) “Sanama collection” təşkilatçılığı ilə "Zərif toxunuş 2" adlı əl işləri sərgisi keçirilib
Hafta.az xəbər verir ki, eyniadlı silsilə sərgilərin məqsədi evdar, fiziki məhdudiyyətli, işsiz xanımlara dəstək olmaqdır. Sərgidə 60 xanım müxtəlif növdə əl işləri ilə iştirak edirdi. Ebru, tikmə sənəti nümunələri, toxuculuq, rəssamlıq, muncuqdan aksesuarlar, toxuma çantalar, təbii daşlardan aksesuarlar, təbii tərkibli sabunlar, oyma sənəti nümunələri, tamamilə əl əməyi olan qadın bəzək əşyaları, əl işi oyuncaqlar və s. 1000-dən çox əl işi nümunələri nümayiş olunmuş və satışı həyata keçirilmişdir.
Sözügedən sərgiyə 700 qonaq qatılmışdır. Qonaqlar sərgini gəzərkən onlar üçün təşkil olunmuş ebru üzrə ustad dərslərində iştirak edərək istirahət etmişdilər, xanımlar üçün xına bəzədilməsi, balacalar üçün "face art" təşkil olunması qonaqların marağına səbəb olmuşdur. Eyni zamanda qonaqlarımız sərgi zamanı müxtəlif dadlı şirniyyat növlərindən dadına baxıblar.