Saxta pulla telefon alan şəxs saxlanıldı

10:39 23.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki, yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefonu alıb.

Daxil olan müracət əsasında Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvələr CM-nin 177-ci maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdırılır.