Seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərilib

16:46 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərib.

Hafta.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov Komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, MSK-nın dəvətlərinə artıq cavab reaksiyaları gəlməkdədir. R.Qasımov qeyd edib ki, bununla bağlı gələn həftə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Oxunma sayı 33
Siyasət rubrikasından digər xəbərlər