Səfirimiz Çili prezidenti ilə görüşüb

15:15 25.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, həmçinin Çili Respublikasında akkreditə olunmaqla bağlı etimadnamələrini Çili prezidenti Sebastian Pineraya təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfir Azərbaycanın müstəqillik dövründə keçdiyi yol, hazırkı reallıqları, əldə etdiyi yüksək nailiyyətlər, regional proseslər, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz, Azərbaycanın xarici siyasət prioritetləri, Latın Amerikası regionuna göstərdiyi diqqət və bu çərçivədə ölkəmizin Çili ilə əməkdaşlığa verdiyi önəm və bu əməkdaşlığın perspektivləri barədə məlumat verib. Öz növbəsində, Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən Çili prezidenti Azərbaycanı Xəzər bölgəsinin ən əhəmiyyətli və dinamik inkişafa malik ölkələrindən biri kimi dəyərləndirib, Çilinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu və əlaqələrin inkişafı üçün hər iki ölkənin malik olduğu geniş potensialın reallaşmasının məqsədəuyğun olduğunu deyib. Çiliyə səfəri çərçivəsində səfir M. Əhmədzadə habelə, Çili Respublikasının Xarici İşlər Nazirliyində, Energetika Nazirliyində, Ədliyyə Nazirliyində, parlamentində, Diplomatik Akademiyasında, Çilinin xarici ticarət və investisyaların təşviqi agentliyi olan ProChile və ən iri biznes qurumu olan SOFOFA-da görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, səfərlərin mübadiləsi, müqavilə-hüquq bazasının inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər, habelə qarşılıqlı maraq kəsb edən digər mövzular müzakirə olunub.
Azad
Oxunma sayı 182