Şəhid əsgərimiz gələn ay tərxis olunacaqdı

10:55 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

 

Hafta.az xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev əslən Siyəzən rayonunun Zarat kəndindəndir. O, subay olub.  

 

A.Əliyev ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var.

 

O, Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Oxunma sayı 25