Şəkidə maşın aşdı - ölən var

11:24 11.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.