Şəmkirçay su anbarında batan gəncin meyiti tapılıb - YENİLƏNİB

19:00 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirçay su anbarında batan Tofiq Hüseynovun meyiti tapılıb.

Hafta.az bildirir ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Şəmkirçay su anbarında batan gəncin şəxsiyyəti müəyyənləşib.

Hafta.az xəbər verir ki, batan gənc 2003-cü il təvəllüdlü Hüseynov Tofiq Mətləb oğludur. 

Hazırda onun axtarışları davam edir. 

***

Şəmkirçay su anbarında batan şəxs axtarılır.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Oxunma sayı 1700