Şəmkirdə 1 nəfər su hovuzuna düşərək ölüb

11:58 22.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə, Şəmkir rayonunun Yeni Həyat kəndində 1 nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb, və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.