Şəmkirdə 3 otaqlı ev yanıb

11:14 16.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilən ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində 1 ədəd divan yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi, bitişik talvar və digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.