Şəmkirdə bir neçə mağaza və kafe yanıb

18:20 15.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, hadisə ümumi sahəsi 2400 kvadratmetr olan tikilidə qeydə alınıb. Nəticədə bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlər - kafe, mağazalar 464 kvadratmetr sahədə yanıb. Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.