Sərhəddə yerləşən məktəblərdə tətil elan edilib

20:32 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Şırnak şəhərinin 55 kəndinin məktəblərində tətil elan edilib.

Hafta.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Şırnak Valiliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun Suriyada keçirdiyi "Sülh çeşməsi" əməliyyatına görə belə bir addım atılıb.

Qərarın sabahdan qüvvəyə minəcəyi vurğulanıb.