Şərif Şərifov dünya çempionatında gümüş medal qazanıb

18:35 22.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında sərbəst güləşçimiz Şərif Şərifov bu gün final görüşünə çıxıb.

Hafta.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan təmsilçimizin rəqibi Rusiya təmsilçisi Abdulrəşid Sadullayev olub.

Ş.Şərifov 0:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.