Sərnişin avtobusun ödəniş terminalını sındırdı - VİDEO

14:27 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda marşrut avtobusunda ödəniş terminalını yumruqla vuraraq sındıran şəxs axtarılır.

 

Hafta.az xəbər verir ki, hadisə dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda baş verib.

 

Avtobusun məxsus olduğu şirkətin icraçı direktoru Şəhriyar Gülmalıyev bildirib ki, sürücü nağd ödəniş etmək istəyən sərnişinə ödənişin kartla olduğunu bildirməsinə görə mübahisə baş verib:

 

“Daha sonra başqa bir sərnişin onun yerinə kartla ödəniş edib. Həmin şəxs düşərkən yenidən mübahisə edib və bu zaman ödəniş terminalına yumruqla vuraraq sındırıb. Nəticədə şirkətə 13 400 manat ziyan dəyib. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət etmişik”.

 

Hazırda araşdırma aparılır, lakin hadisəni törədən şəxs hələ saxlanılmayıb.

 

 

Oxunma sayı 42