Şərq Tərəfdaşlığının gələcəyi Bakıda müzakirə ediləcək

15:04 09.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) ölkəmizdəki Nümayəndəliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə oktyabrın 11-də “JW Marriott Absheron Baku” otelində “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr keçirəcək.

Hafta.az yazır ki, Aİ-ni Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqosun rəhbərliyi ilə Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə nümayəndə heyəti təmsil edəcək. Tədbirə Azərbaycan tərəfindən dövlət rəsmiləri, parlament üzvləri, AMEA-nın, ali təhsil müəssisələrinin, düşüncə mərkəzlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar və KİV nümayəndələri qatılacaqlar.

Xatırladaq ki, məsləhətləşmələr may ayında Brüsseldə Şərq Tərəfdaşlığının yaradılmasının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda start verilən, Aİ-nin üzv dövlətləri və tərəfdaş ölkələrdən olan geniş spektrli maraqlı tərəflərlə aparılan qeyri-rəsmi fikir mübadilələrinin tərkib hissəsidir. Bu geniş ictimai müzakirə əsas maraqlı tərəflərinin öz fikirlərini səsləndirməsi və Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına töhfə verməsi üçün imkan yaradacaq.

Çoxsaylı maraqlı tərəflərin 31 oktyabr 2019-cu il tarixinədək tərəfdaşlığımızın gələcəyi barədə müzakirələrə töhfə verməsinə şərait yaratmaq üçün məsləhətləşmə prosesi çərçivəsində həmçinin məsləhətləşmə ilə bağlı istiqamətləndirici sualların olduğu ayrıca veb-səhifə yaradılıb: https://ec.europa.eu/neighbourhood-enlargement/tenders/consultation_eap_en

Siyasət rubrikasından digər xəbərlər