Şərqi Azərbaycanda yenə zəlzələ 

11:42 18.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 04:08-də Sərab rayonunun 21 kilometrliyi, Türkmənçay rayonunun 23 kilometrliyi və Miyana rayonunun Tərk şəhərinin 26 kilometrliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.