Səudiyyə Ərəbistanı Pasport Baş Müdirliyinin məlumatına görə, krallığın beynəlxalq limanlarından istifadə edərək ölkəyə ümumilikdə 961903 zəvvar daxil olub.
Hafta.az-ın yazdığına görə, müdirlikdən verilən açıqlamada bildirilib ki, beynəlxalq limanlar dedikdə Krallığın bütün hava, quru və dəniz limanları nəzərdə tutulur.
İdarədən bildirilib ki, xaricdən hava yolu ilə gələn zəvvarların sayı 912598 nəfərə, quru yolu ilə gələnlərin sayı 45028 nəfərə, dəniz yolu ilə gələnlərin sayı isə 4277 nəfərə çatıb.
Pasport Baş İdarəsi, zəvvar namizədlərinin dillərini bilən ixtisaslı kadrların istifadə etdiyi ən son texniki cihazlarla hava limanlarında və sərhəd qapılarında platformalarını dəstəkləyərək, zəvvar namizədlərinin giriş prosedurlarını asanlaşdırmaq üçün bütün imkanlarını səfərbər etdiyini açıqlayıb.