Signal qalmaqalı: “Tramp onu işdən çıxara bilməz”

09:05 22.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ ordusunun Yəməndə husilərə qarşı hücumları ilə bağlı müharibə planlarını müzakirə edən mesajlaşma qrupuna səhvən bir jurnalistin əlavə edilməsi ilə bağlı yaranan gərginlik davam edərkən, müdafiə naziri Pit Heqsetin adı daha bir oxşar qalmaqalda hallanıb.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, Heqset bu hücumlarla bağlı həssas məlumatları Signal mesajlaşma qrupunda həyat yoldaşı, qardaşı və şəxsi vəkili də daxil olmaqla insanlarla paylaşıb.

“Wall Street Journal” qrupda 13 nəfərin olduğunu bildirib.

Məlumata əsasən, 15 mart əməliyyatında istifadə edilən F/A-18 Hornet təyyarəsinin havaya qalxma vaxtları kimi məlumatlar, “Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberqin səhvən həmin gün əlavə edildiyi Signal qrupunda paylaşılanlarla böyük ölçüdə üst-üstə düşür.

İki mənbə iddia edib ki, Heqset ABŞ Müdafiə Nazirinin şəxsi telefonundan inzibati iş və planlaşdırma aparmaq üçün həyat yoldaşı Cennifer, qardaşı Fil və şəxsi vəkili Tim Parlatore olan bu qrupu yaradıb. Fil Heqset və Parlatore hər ikisi ABŞ Müdafiə Departamentində işləsələr də, onların əməliyyat təfərrüatlarına nə üçün giriş əldə etdikləri bəlli deyil.

Mənbələrdən biri bildirib ki, Yəmənə zərbələr endirməzdən əvvəl köməkçilər Heqsetə təhlükəsiz sayılmayan Siqnal qrup söhbətlərində bu cür həssas əməliyyat detallarını paylaşmamaq barədə xəbərdarlıq ediblər.

Pentaqonun sözçüsü Sen Parnell və Ağ Evin mətbuat katibinin müavini Anna Kelli dəfələrlə məxfi məlumatların Signal qruplarında müzakirə edilmədiyini iddia bildirsə də, Amerika ictimaiyyətinin bir çox nüfuzlu şəxsləri məxfi məlumatlara giriş səlahiyyəti və ya məsuliyyəti olmayan insanlarla bağlı narahatlıqlarını ifadə ediblər.

Bu yaxınlarda istefa verən Pentaqonun sözçüsü Con Ullyot, “Politico”da Heqset dövründə departamentin "tam xaos" içində olduğunu yazıb.

Ullyot iddia edib ki, nazirlikdəki üç nəfər məlumat sızdırdığı iddiası ilə haqsız yerə işdən çıxarılıb. “Bütün bunları nəzərə alsaq, müdafiə naziri Pet Heqsetin bu vəzifədə uzun müddət qalacağını düşünmürəm” deyən Uilyot, Donald Trampın daha yaxşı menecerlərlə işləməyə və bu vəzifələrdə olanları məsuliyyətə cəlb etməyə layiq olduğunu deyib.

ABŞ Senatının Azlıq Rəhbəri Çak Şumer də X-də yazdığı yazıda Pet Heqsetin işdən çıxarılmasını müdafiə edib. Demokratlar Partiyasının üzvü belə deyib: “Təfərrüatlar gəlməyə davam edir. Biz Pet Heqsetin insan həyatını necə riskə atdığını öyrənməyə davam edirik. Lakin Tramp onu işdən çıxarmaq üçün çox zəifdir”.