“Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik” - DSX rəisi

13:30 01.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bu gün burada çıxış etmək çox ağırdır. Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.

 

Hafta.az-ın məlumatına görə, bunu helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

 

O, bir daha şəhid olan zabitlərin, əməkdaşların valideynlərinə, yaxınlarına, əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verib:

 

“Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar. Onların göstərdikləri qəhrəmanlıqları yaşadaraq bütün hər kəsə göstərəcəklər”.

Oxunma sayı 37
Siyasət rubrikasından digər xəbərlər