Siz xalqımızı koronavirusdan qoruyur, onların sağlam və xoşbəxt yaşamasına çalışırsınız - II qrup Çernobıl əlili

11:00 06.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çox hörmətli Prezidentimiz.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin dövlətçilik təcrübəsindən yararlanan dövlət başçısınız. Sizin sayənizdə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb, vətəndaşların sosial rifahı yaxşılaşıb. Siz xalqımızı koronavirusdan qoruyursunuz, çalışırsınız ki, Azərbaycan xalqı sağlam və xoşbəxt yaşasın. Bütün bunlara görə də Azərbaycan xalqı daim Sizinlədir.

Cənab Prezident, mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Kazımov Mahir İbrahim oğlu, II qrup Çernobıl əlili, Şəmkir rayon Çernobıl əlilləri İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Əliyaqublu kəndi.

Oxunma sayı 311
Siyasət rubrikasından digər xəbərlər