“Sizi həmişə xatırlayıram və çox sevirəm” - Emin Ağalarov

16:10 17.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Emin Ağalarov dahi sənətkar Müslüm Maqomayevin doğum günü ilə bağlı paylaşım edib.

 

Hafta.az yazır ki, o, Maqomayevin arxiv görüntülərini paylaşaraq, xatirəsini anıb.


“Bu gün, avqustun 17-də Müslüm Maqomayevin 80 yaşı tamam olacaqdı... Böyük, parlaq, müdrik, istiqanlı, mehriban, bir sözlə inanılmaz... Mən sizi həmişə xatırlayıram və çox sevirəm. Hər şey üçün təşəkkürlər”, - deyə, E.Ağalarov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyidir.

Oxunma sayı 143