Sizin diqqət və qayğınızı biz məcburi köçkünlər hər zaman hiss edirik - Məcburi köçkün

13:33 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

Mən keçmiş Ağdərə rayonundan məcburi köçkünəm. Hazırda Bərdə rayonunda yaşayıram. Sizin diqqət və qayğınızı biz məcburi köçkünlər hər zaman hiss edirik.

COVID-19 pandemiyasının dünyanı lərzəyə gətirdiyi hazırkı vaxtda Sizin necə müdrik və qayğıkeş dövlət başçısı olduğunuzu bir daha gördük. Elə bu məktubu yazmaqda əsas məqsədim də ona görədir ki, xalqımızı bu çətin bəladan qurtarmaq üçün həyata keçirdiyiniz məqsədyönlü işlər üçün Sizə dərindən təşəkkürümü bildirim.

Cənab Prezident, xalqımız Sizi sevir. Siz bizim ümid və pənah yerimizsiniz.

Hörmətlə,

Aslanzadə Aysel Bəybala qızı,

Ağdərə rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bərdə rayonu”.

Oxunma sayı 1222
Siyasət rubrikasından digər xəbərlər